AZ

"Qarabağ" və "Neftçi"nin olduğu yerdə iddialı açıqlama: "Hər şey mümkündür"

"Şamaxı"nın braziliyalı müdafiəçisi Antonio Lara Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Səbail" üzərində qazanılan qələbədən (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbə barədə nələr deyə bilərsən?

- Kubokda əsas istəyimiz irəliləməyə davam etmək idi. Bununla bərabər olaraq rotasiyalar çox idi. Komandada çox oynamayanlara dəqiqələr verməklə vacib bir qələbə əldə etdik.

- Aşağı liqa təmsilçisini daha rahat məğlub etməyə nə mane oldu?

- Düşünürəm ki, təhlükəsiz oyun keçirdik. Oyunu idarə etdik və müdafiədə əziyyət çəkmədik. Bir az daha şanslı olsaydıq daha çox qol vura bilərdik.

- Liqada əsas məqsədiniz yerinizi qorumaqdır, bəs kubokda?

- Hər şey mümkündür, əvvəllər də bu vəziyyətdə olmuşam və mövsümü mənim üçün titulla başa çatıb. Əla komandamız var və mümkün qədər irəliləmək üçün mübarizə aparmağa davam edəcəyik.

- İlk dəfə əsas heyətdə yer aldın...

- Hər gün çox çalışıram və klub üçün əlimdən gələni edirəm. 90 dəqiqə oynamaq xoşdur və müntəzəm olaraq ilk on birlikdə yerimi haqq etmək üçün mübarizə aparacağam.

XANOĞLAN İMANOV

Seçilən
24
1
sportinfo.az

2Mənbələr