AZ

Britaniyada qatar sərnişinlərinə bıçaqlı hücum nəticəsində 10 nəfər yaralanıb

Britaniyanın Kembricşir qraflığında, Huntinqdon stansiyası yaxınlığında qatar sərnişinlərinə bıçaqla hücum nəticəsində 10 nəfər xəsarət alıb.

Doğru.az xəbər verir ki, məlumatı Sky News yayıb.

Bildirilir ki, yaralılardan doqquzu ciddi vəziyyətdədir və onların həyatı üçün təhlükə yarana bilər. Polis hadisəni “böyük insident” elan edib və iki nəfəri həbs edib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, bundan əvvəl də Huntinqdon stansiyası yaxınlığında bıçaqlı insident baş vermişdi.

DOĞRU.AZ

Seçilən
29
1
dogru.az

2Mənbələr