AZ

“Turan Tovuz” – “Şamaxı” matçına doğru: Cəzalı və zədəlilər var

Misli Premyer Liqasının X turunda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibinin zədəli futbolçusu David Taraveş bu görüşdə çıxış edə bilməyəcək.

“Şamaxı”da isə cəzalı Abdulaye Şuaybu və zədəli Andrey Tirkoveanu görüşü kənardan izləyəcəklər.

Qeyd edək ki,  noyabrın 2-də baş tutacaq “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasının start fiti 19:00-da səsləndiriləcək. Hazırda 7 oyuna 18 xalı olan “boz qurdlar” turnir cədvəlinin 1-ci, 10 xala malik “aslanlar” isə 9-cu pilləsində mövqe tutublar.

Seçilən
38
idmanxeber.az

1Mənbələr