AZ

“Falcon 9” raketi Cənubi Koreyanın beşinci casus peykini uğurla orbitə çıxarıb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin "SpaceX Falcon 9" raketi Cənubi Koreyanın beşinci casus peykini uğurla orbitə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"SpaceX Falcon 9" Cənubi Koreyanın beşinci casus peykini uğurla orbitə çıxarıb", - məlumatda qeyd olunub.

Sintetik apertura radiolokasiya stansiyası ilə təchiz edilmiş peyk 2 noyabrda Florida ştatındakı Keyp Kanaveral Kosmik Qüvvələr bazasından buraxılıb.

Bu, Şimali Koreyanı daha effektiv şəkildə izləmək və ölkənin ABŞ peyk görüntülərindən asılılığını azaltmaq məqsədilə beş peykin yerləşdirilməsini nəzərdə tutan plan çərçivəsində buraxılmış sonuncu hərbi peykdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr