“Real”ın İspaniya La Liqasında “Valensiya”nı məğlub ediyi (4:0) görüş Madird klubunun hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, fransalı futbolçu görüşdə iki qol vurub. Bununla da o, "Real"dakı qol sayını 45-ə çatdırıb.
Mbappe həm də La Liqada ardıcıl 8 oyundur, qol vurur. O, portuqaliyalı hücumçu Kriştiano Ronaldodan sonra bunu bacaran ilk futbolçudur.