AZ

Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub

Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub.

Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Seçilən
1
18
azreform.info

10Mənbələr