AZ

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölənlər var

Ukraynanın Dnepropetrovsk və Odessa vilayətlərinə endirilən gecə hücumları ağır itkilərlə nəticələnib.

Musavat.com xəbər verir ki, məlumata görə, Dnepropetrovsk vilayətinin Samarı rayonunda 4 nəfər, o cümlədən 2 uşaq həlak olub. Dubovikov icmasında yanğın baş verib, 5 ev və bir təsərrüfat binası dağılıb. Vasılkov icmasında isə infrastruktur tamamilə məhv edilib.

Odessa vilayətində baş verən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Yük avtomobillərinin dayanacağı ərazisində böyük yanğın qeydə alınıb.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr