Məhəmməd Salah “Liverpul” forması ilə bütün turnirlərdəki 250-ci qoluna imza atıb.
Publika.az xəbər verir ki, o, buma İngiltərə Premyer Liqasının 10-cu turunun “Aston Villa” ilə oyununda (2:0) fərqlənməklə nail olub. Salah “qırmızlar”ın görüşdəki ilk qolun müəllifi olub. Nəticədə bu, misirli hücumçu üçün bu, əlamətdar – 250-ci qol olub.
Klub tarixində yalnız iki futbolçunun göstəricisi daha yüksəkdir — Yan Raş (346 qol) və Rodjer Hant (285 qol).