AZ

Şimali Makedoniyada bələdiyyə seçkilərinin ikinci turu keçirilir

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şimali Makedoniyada yerli seçkilərin birinci turunda tələb olunan 50 faizdən çox səs toplana bilmədiyi üçün, 33 bələdiyyədə ikinci tur üçün səsvermə başlayıb.

APA yerli mediaya istinadən xəbər verir ki, ölkə seçiciləri yerli saatla 07:00-dan etibarən 33 bələdiyyə sədri və bələdiyyə şurası üzvlərini seçmək üçün sandıqlara gedirlər.

Bu turda qeydiyyatda olan 1 milyon 13 min 375 seçici yerli saatla 19:00-a qədər səs verə biləcək.

İkinci turda birinci turda 50 faiz səs həddini keçməyən bələdiyyələrdə ən çox səs alan iki namizəd yarışır. Seçicilər paytaxt Skopye Böyükşəhər Bələdiyyəsində Daxili Makedon İnqilabi Təşkilatı – Makedoniya Milli Demokratik Birliyinin namizədi Orse Gjorgjievski ilə Levica (Sol) Partiyasının namizədi Amar Mecinoviç arasında seçim edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
apa.az

4Mənbələr