AZ

Qarabağ ın oyunlarını izləyəcəyik Mareska

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"ın oyunlarını izləyəcək.

Axar.az xəbər verir ki, mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb.

O, növbəti matçlara köklənməli olduqlarını söyləyib:

"Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq. Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".

Qeyd edək ki, "Çelsi" noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"ın qonağı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
axar.az

6Mənbələr