AZ

İngiltərədə qatar dəhşəti – silahlı hücumda 10 nəfər yaralandı, 9-nun vəziyyəti ağırdır

İngiltərənin şərqində yerləşən Xantinqdon şəhərində qatar sərnişinlərinə qarşı bıçaqlı hücum baş verib.

Musavat.com xəbər verir ki, məlumata görə, təyin olunmamış şəxs hərəkətdə olan qatarın içində sərnişinlərə hücum edib. Hadisədən dərhal sonra polis terror hücumu kodunu işə salıb.

"Sky News" xəbər verir ki, ən azı 10 nəfər yaralanıb, onlardan 9-nun vəziyyəti son dərəcə ağırdır. Hücumla əlaqədar 2 şübhəli şəxs saxlanılıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer hadisəni “dəhşətli hücum” adlandırıb, daxili işlər naziri Şabana Mahmud isə istintaqa şəxsi nəzarət etdiyini bildirib.



Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr