AZ

Şimali Makedoniyada bələdiyyə seçkilərinin ikinci turu keçirilir

BAKI, 2 noyabr. TELEQRAF

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir.

Teleqraf xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 19:00-da başa çatacaq.

Seçkilərin birinci mərhələsi oktyabrın 19-da keçirilib. Hakim VMRO-DPMNE partiyası bələdiyyə şuralarına seçkilərdə 300 mindən bir qədər çox səs toplayaraq ən çox dəstək qazanan siyasi qüvvə olub. Lakin bu nəticə partiyanın əvvəlki parlament seçkiləri ilə müqayisədə ciddi dəstək itkisini göstərib.

Seçilən
22
teleqraf.com

1Mənbələr