AZ

Neftçi nin legioneri: Qarabağ la oyunda da qələbə qazanacağımıza ümid edirəm

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Evdə, azarkeşlərimizin önündə qələbə qazandığımız üçün çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Freddi Varqas deyib. Yarımmüdafiəçu Misli Premyer Liqasının X turunda "Kəpəz"ə qalib gəldikləri (5:1) matçla bağlı fikirlərini bölüşüb: "Üç xal qazanmaq bizim üçün çox vacib idi. Qarşıda bizi Azərbaycan derbisi gözləyir. Növbəti görüşdə də qələbə qazanacağımıza ümid edirəm".Venesuelalı oyunçu sözügedən qarşılaşmada başqa mövqedə çıxış etməsinə də toxunub: "Baş məşqçi məni o mövqeyə bəzi matçlarda yönləndirib. Bu gün 10 nömrə mövqeyinə ilk "11-lik"də başladım. Üzərimə düşənləri etməyə çalışdım".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
sport24.az

1Mənbələr