AZ

Bu deputat Rusiyadan 7 medal alıb -

Milli Məclisin deputatı Siyavuş Novruzov sinəsində gəzdirdiyi orden-medalların sayına görə digər siyasətçi həmkarlarını qabaqlayır. Metbuat.az-in araşdırması zamanı məlum olub ki, Siyavuş Novruzov bu günə kimi 22 dəfə təltif olunub. Bunların arasında ən nüfuzlu mükafat Prezident İlham Əliyevin imzası ilə aldığı "Şöhrət" ordenidir. Novruzov "Şöhrət" ordeninə 16 fevral 2019-cu ildə layiq görülüb. Siyavuş Novruzovun yaxasını "bəzəyən" 22 orden-medalın 7-si ona Rusiyada fəaliyyət göstərən müxtəlif qurumlar tərəfindən verilib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb deputatın Rusiyadan aldığı orden-medalların siyahısını təqdim edirik:“Vətənə sədaqət ordeni” – 14 sentyabr 2016-cı ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən təltif edilib.“Vətənə xidmət ordeni” – 01 may 2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri Frans Klinseviç tərəfindən təltif olunub.“Əfqanıstan müharibəsi veteranı” medalı - 26 iyun 2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı “Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı” tərəfindən təltif olunub. “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” medalı – MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə - beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri Ruslan Auşev tərəfindən təltif olunub.“Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi” medalı – 15 fevral 2014-cü ildə veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən təltif olunub.“Döyüş Qardaşlığı” veteranlar təşkilatı qarşısında xidmətlərinə görə” medalı – 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin sabiq birinci müavini Boris Qromov tərəfindən təltif olunub.Vətən qarşısında “Xidmətlərə görə” medalı – 15 fevral 2017-ci ildə Əfqanıstan Veteranlarının Rusiya İttifaqı adından təltif olunub.Zaur Əliyev / Metbuat.azFotoda: Milli Məclisin deputatı Siyavuş Novruzov

Seçilən
6
3
metbuat.az

4Mənbələr