AZ

ABL: V turV turun son qarşılaşmasında “Abşeron Lions” “Sabah”la üz-üzə

Bu gün Azərbaycan Basketbol Liqasının 5-ci turuna yekun vurulacaq.

İdman.Biz-in məlumatına görə, turun son oyununda “Abşeron Lions” “Sabah”ı qəbul edəcək.

Görüş saat 18:00-da Bakı İdman Sarayında başlayacaq.

Tur çərçivəsində bundan əvvəl beş qarşılaşma baş tutub. “Lənkəran” “Ordu”ya 76:91 hesabı ilə məğlub olub, “Sumqayıt” “Sərhədçi” üzərində 84:80 hesablı qələbə qazanıb. “Gəncə” “Şəki”yə 70:84 hesabı ilə uduzub, “Naxçıvan” “Quba”nı 86:78 hesabı ilə məğlub edib. “NTD” isə “Neftçi”yə 71:99 hesabı ilə yenilib.

İdman.Biz

Seçilən
18
1
idman.biz

2Mənbələr