AZ

Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru təyinat alıb

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasında idman direktoruvəzifəsinə qazaxıstanlı Vladimir Buşanski təyinat alıb.

Bu barədə Trend-ə qurumdan məlumat verilib.

İcraiyyə Komitəsinin növbəti iclasında tədbiri giriş sözü iləaçan federasiya prezidenti Zaur Axundov iştirakçıları toplatınıngündəliyi ilə tanış edib.

Sonra o, federasiyanın idman direktoru vəzifəsinə dəvət olunmuşqazaxıstanlı Vladimir Buşanskini İcraiyyə Komitəsinin üzvlərinətəqdim edib. Zaur Axundov mütəxəssisə ölkədə uğurlu fəaliyyətgöstərməsi üçün ona lazımi dəstəyin veriləcəyini vurğulayıb.

Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyəKomitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər vəkeçirilmiş çoxsaylı tədbirlər barədə iştirakçılarıməlumatlandırıb.

O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyiilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonundavelosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davametdiriləcəyini bildirib.

"Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı"nın BeynəlxalqVelosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planınadaxil edildiyini vurğulayan Sahib Ələkbərov 2.1 kateqoriyalı buyarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5mərhələdən ibarət olacağını deyib. İcraiyyə Komitəsinin üzvləriyarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlaragörülməsi vacib olan işlər barədə ətraflı məlumat verilib.

Federasiya prezidenti Zaur Axundov yarışın Təşkilat Komitəsininrəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb.Təklif yekdilliklə qəbul edilib.

AzVİF-nin icraçı vitse-prezidenti Fikrət Hüseynov RespublikaVelotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatıiclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdimolunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumatverilib.

Seçilən
22
8
az.trend.az

10Mənbələr