AZ

İsmayıllı rayonunda zəlzələ olub

Türkiyədə neft və qaz hasilatının həcmi artır, bu isə ölkənin enerji sahəsində idxaldan asılılığının azalmasına töhfə verir.

AZƏRTAC xəbər verir ki, ötən ilin yekunlarına əsasən, Türkiyədəki yataqlarda ümumilikdə 2,3 milyard kubmetr qaz və 5,3 milyon ton neft hasil edilib. Qaz hasilatında əvvəlki ilin göstəriciləri 176 faiz, neft hasilatında isə 30 faiz artıb.

Eyni zamanda, Türkiyədə “mavi yanacaq” istehlakının artması fonunda 2024-cü ildə təbii qaz idxalı 3,4 faiz yüksələrək 52,2 milyard kubmetrə çatıb. Ümumi istehlakda yerli qazın payı 4,3 faiz təşkil edib.

Ötən il Türkiyəyə neft idxalı isə əksinə olaraq, 4,4 faiz azalaraq 30 milyon tona enib. Bununla belə, ölkə daxilində hasil olunan “qara qızıl”ın payı iqtisadiyyatın tələbatının 15 faizini ödəyib.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində daha əvvəl bildirilib ki, ölkənin Qara dənizdə yerləşən ən böyük qaz yatağı olan “Sakarya”da qaz hasilatının həcmini 2028-ci ilə qədər 15 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Hazırda bu yataqdan Türkiyənin qaz paylama sisteminə gündəlik 9,5 milyon kubmetr qaz daxil olur.

Türkiyənin cənub-şərqi Anadoluda, Qabar dağı bölgəsində yerləşən ən iri neft yatağında hasilat da artır və bu ilin sentyabr ayına olan məlumata görə, gündəlik 78 min barelə çatıb.

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr