AZ

İsmayıllıda 4 bal gücündə zəlzələ olub

İsmayıllı stansiyasından 20 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Doğru.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, təkanlar episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələri, Əhən kəndi və yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Hazırda bölgədə təhlükə və dağıntı barədə məlumat yoxdur. Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların təkrarlanma ehtimalını izləməkdə davam edir.

DOĞRU.AZ

Seçilən
25
dogru.az

1Mənbələr