AZ

Məşhur həkimdən xəbərdarlıq Bu qidalar dişlərimizi məhv edirmiş

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur həkim-ortodont İrina Butorina dişlərə zərər vuran əsas qida və vərdişlər barədə maraqlı açıqlamalar verib.

O, "Gazeta"ya açıqlamasında bildirib ki, konfetlər dişlər üçün ən zərərli şirniyyat hesab olunurlar. Belə ki, bu qida növləri uzun müddət ağızda qalır və diş minasına davamlı mənfi təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, bu cür şirniyyatlarda şəkər yüksəsk səviyyədəolur və şəkərin dişlərin səthi ilə uzun müddətli təması yaranır ki, bu da ağız boşluğunda turşu-qələvi balansını pozur və kariogen bakteriyaların çoxalmasına səbəb olur.

Ortodont onu da qeyd edib ki, pastil formasında olan konfetlər ağızda həll olduqda, diş minası bir neçə dəqiqə ərzində turşu mühitinə məruz qalır: "Bu, demineralizasiyaya və diş strukturunun zəifləməsinə səbəb olur".

Xüsusən də uşaqların ağızlarında sərt formada olan, gec əriyən konfet saxlaması vərdişinə diqqət yetirilməlidir.

"Onarın məhz sərt konfetləri müntəzəm şəkildə və uzun müddət sovurması diş sisteminin inkişafına təsir göstərə bilər. Əgər uşaq tez-tez ağzında konfet saxlayırsa və ya çubuqlu şirniyyatları dişləyirsə, bu, çənə sisteminə də mənfi təsir edir. Çənə üzərindəki təzyiqin vahid şəkildə paylanması pozulur. Aktiv böyümə dövrlərində bu, normal dişləmənin inkişafına və ya dişlərin səhv düzülüşünə səbəb ola bilər",- mütəxəssis valideynləri xəbərdar edib. /Publika.az/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
moderator.az

3Mənbələr