AZ

Almaniya yeni hərbi xidmət sisteminə keçir

BAKI, 2 noyabr. TELEQRAF

"Almaniyada təhlükəsizliklə bağlı artan risklər fonunda yeni könüllü hərbi xidmət modeli gələn ildən qüvvəyə minə bilər".

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Reuters" agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, plan hökumət tərəfindən təsdiqlənsə də, hələ Bundestaqın razılığı tələb olunur. Onun sözlərinə görə, məqsəd ordu və ehtiyat qüvvələrinin sayını artırmaq, Almaniyanın müdafiə qabiliyyətini gücləndirməkdir.

Pistorius gənclərin hərbi xidmətə cəlb olunmasında “püşkatma” sisteminin tətbiqini rədd edib və bildirib ki, orduya motivasiyalı şəxslər cəlb olunmalıdır:

“Gəncləri qorxutmaq yox, inandırmaq lazımdır. Güclü ordu Rusiya kimi dövlətlər üçün çəkindirici amil olmalıdır”.

Nazir, həmçinin, Almaniya ordusunun sayının 2030-cu illərin əvvəlinə qədər 180 mindən 260 minə çatdırılacağını və kamikadze tipli pilotsuz uçuş aparatlarının sınaqlarının ilin sonunadək tamamlanacağını qeyd edib.

Seçilən
26
3
teleqraf.com

4Mənbələr