Misli Premyer Liqasında X turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Kurban Berdıyevin komandası bu mövsüm ilk dəfə Tovuz şəhər stadionunda meydana çıxacaq. Stadiondakı yeniləmə işləri başa çatıb.
Görüş saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
2 noyabr (bazar)
16:00 “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu