ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya və Çinin dəstəyi indiki şəraitdə İran üçün həyati əhəmiyyət kəsb edir. Həmçinin Pekin və ya Moskva ilə əlaqələrin hər hansı zəifləməsi Tehranın maraqlarına ziddir.
Axar.az xəbər verir ki, bu barədə TASS iranlı politoloq Ruhulla Müdabber istinadən məlumat yayıb.
Politoloqun sözlərinə görə, yaxın aylarda Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və İsraildən ibarət anti-İran blokunun BMT Təhlükəsizlik Şurasında, xüsusilə dəniz məhdudiyyətləri sahəsində İran əleyhinə qərar qəbul etdirməyə çalışacağı gözlənilir:
“Belə vəziyyətdə İranın maraqlarını qorumaq üçün Rusiya və Çinin dəstəyi vacibdir, Moskva və Pekinlə münasibətlərin zəifləməsi isə ölkəyə zərər verə bilər. Hazırda Qərb təbliğat yolu ilə, eləcə də İran daxilində anti-Rusiya gündəmini təbliğ etməklə Rusiya-İran dostluq münasibətlərini pozmaq üçün razılaşdırılmış addımlar atır. İranın müvafiq orqanları Qərbin hərəkətlərinə diqqət yetirməli və onları zərərsizləşdirmək üçün tədbirlər görməlidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.