AZ

Dünyanın ən qısqanc qadını ərinə bunu da etdi

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Hədsiz qısqanclıq ailə münasibətlərini qeyri-adi vəziyyətə gətirib.

ABŞ sakini Debbi Vudun qısqanclığı ailə həyatını çətin vəziyyətə salıb. Qadın həyat yoldaşı ilə səkkiz il əvvəl sosial şəbəkədə tanış olub. Münasibətlərin əvvəlindən o, həyat yoldaşını digər qadınlara qarşı qısqanmağa başlayıb.

Gununsesi.info  xəbər verir ki, zaman keçdikcə Debbinin qısqanclığı paranoyaya çevrilib.

O, ərinin təkcə tanıdığı qadınlara deyil, televiziya aparıcıları və kino ulduzlarına münasibətini də qısqanmağa başlayıb.

Qadın həyat yoldaşının asudə vaxtını nəzarətdə saxlamaq üçün evdəki bütün televiziya kanallarına xüsusi filtrlər quraşdırıb. Lakin bu tədbir də onu sakitləşdirməyib.

Sadiqliyə əmin olmaq məqsədilə Debbi yalan detektoru cihazı alıb və ərini hər gün bu testdən keçirməyə başlayıb. O, həyat yoldaşının dediyi heç bir sözə inanmadığını, hətta onun “bütün qadınlarla əlaqəsi olduğundan” şübhələndiyini bildirib.

Mütəxəssislərlə görüşdən sonra Debbi Vuda manik-depressiv pozuntu və dismorfofobiya diaqnozu qoyulub.

Buna baxmayaraq, qadının həyat yoldaşı ondan ayrılmaq niyyətində deyil. O, həyat yoldaşı ilə xoşbəxt olduğunu və münasibətlərini davam etdirmək istədiyini deyib.

Gununsesi.info  Ayşən

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
icma.az

1Mənbələr