BAKI, 2 noyabr. TELEQRAF
“Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 10-cu turunda "Aston Villa" ilə matçda (2:0) fərqlənərək tarixi nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, misirli hücumçunun Mersisayd təmsilçisinin heyətində vurduğu qolların sayı 188-ə, məhsuldar ötürmələrin sayı isə 88-ə çatıb.
"Opta"nın məlumatına görə, Salah bununla da Premyer Liqa tarixində bir klubda ən çox qol hərəkəti üzrə rekordu təkrarlayıb. Bu rekord daha əvvəl "Mançester Yunayted"in sabiq forvardı Ueyn Runiyə məxsus idi – 276 (183 qol + 93 məhsuldar ötürmə).
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.