AZ

NASA-da qalmaqal: SpaceX Ay missiyasından uzaqlaşdırıla bilər

BAKI, 2 noyabr. TELEQRAF

NASA SpaceX-i Ay missiyasından uzaqlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, NASA-nın icraçı administratoru Şon Daffinin SpaceX-in Ay proqramından çıxarıla biləcəyi ilə bağlı bəyanatı kosmik sənayedə geniş rezonans doğurub.

Hazırda SpaceX-in NASA ilə 2,9 milyard dollarlıq müqaviləsi var. Şirkət “Artemis III” missiyası çərçivəsində astronavtları Ay səthinə endirmək üçün “Starship” raket sistemini hazırlayır.
Lakin layihədəki gecikmələr və Çinin artan rəqabəti fonunda NASA həm SpaceX, həm də “Blue Origin”dən işləri sürətləndirmək planı tələb edib.

Məlumatlara görə, “Starship” hələ orbital uçuş həyata keçirməyib, yanacaqla təchizat sınaqları aparılmayıb və bu, missiyanın 2027-ci ildən daha sonraya keçə biləcəyini göstərir.

NASA rəhbərliyi artıq digər şirkətlərin də təkliflərini nəzərdən keçirir. Əsas namizədlərdən biri “Blue Origin”dir. Şirkət “Blue Moon” adlı eniş aparatının “Artemis III” üçün adaptasiyasını planlaşdırır.

Digər alternativ isə “Lockheed Martin”dir. Şirkət “Orion” kapsulunun ehtiyat hissələrindən istifadə etməklə iki mərhələli yeni eniş aparatının hazırlanmasını təklif edir.

Ekspertlər hesab edir ki, NASA-nın yeni tərəfdaşlarla işləməsi Ay missiyasını daha tez reallaşdırmağa imkan verə bilər.
NASA-nın keçmiş rəhbərlərindən Duq Loverro bildirib ki, sıfırdan yeni aparat hazırlamaq beş il ərzində mümkün ola bilər.

Seçilən
38
teleqraf.com

1Mənbələr