AZ

Meksikada güclü partlayış 22 nəfərin həyatına son qoydu

Meksikanın Ermosilyo şəhərində faciəli hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Universal" nəşri məlumat yayıb.

Bildirilib hadisə 4-ü uşaq olmaqla 22 nəfər həyatını itirib.

Qeyd edilib ki, "Waldo" mağazalar şəbəkəsinə aid ticarət obyektlərindən birində baş verən güclü partlayış binanın dərhal alovlanmasına səbəb olub.

Son məlumatlara əsasən, xəsarət alanların sayı 12 nəfərə çatıb və onların əksəriyyətində ciddi termik yanıq izləri qeydə alınıb.

Seçilən
39
publika.az

1Mənbələr