sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Valensiya" ilə matçın ilk yarısında dubl edən "Real"ın hücumçusu Kilian Mbappe La "böyük beşlik"yə daxil olan çempionatlarda vurduğu qolların sayını 235-ə çatdırıb.
Bununla da Mbappe Avropanın ən yaxşı beş liqasında (Premyer Liqa, Liqa 1, Seriya A, Bundesliqa və La Liqa) 233 qol vuran əfsanəvi Tyerri Anrini geridə qoyub. Anri bu çempionatlarda ümumilikdə 459 oyun keçirib.
Qeyd edək ki, Mbappe "Monako" və PSJ-də oynayarkən Liqa 1-də 246 oyunda 191 qol vurub. Hücumçu "Real"a keçəndən sonra isə La Liqada 45 oyunda 44 dəfə fərqlənib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.