AZ

KİV: Titulundan məhrum edilmiş Britaniya şahzadəsi kraldan müavinət alacaq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələrinə görə şahzadə və York hersoqu titullarından məhrum edilmiş Böyük Britaniya kralının qardaşı Endryu Mauntbetten-Vindzor illik müavinət alacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, illik ödəniş Kral III Çarlzın şəxsi vəsaitlərindən maliyyələşdiriləcək. Bu ödəniş 65 yaşlı Endryu Mauntbetten-Vindzora hərbi dəniz aviasiyasındakı xidmətinə görə verilən 20 min funt-sterlinq (26 min dollar) məbləğindəki mövcud pensiyasından bir neçə dəfə çox olacaq.

Bundan əlavə, məqalədə bildirilir ki, sabiq kraliça II Elizabetin (1926-2022) titullarından məhrum edilmiş oğluna London yaxınlığındakı Vindzor qəsrinin ərazisindəki "Royal Lodge" iqamətgahından Norfolk qraflığındakı Sandrinqem malikanəsinə köçmək üçün altırəqəmli məbləğ ödəniləcək.

Eyni zamanda, onun qızları Beatrisa və Yevgeniyanın şahzadə titulları qalacaq, Endryu Mauntbetten-Vindzor isə taxt-tac varisliyi növbəsində səkkizinci yerini saxlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
oxu.az

1Mənbələr