BAKI, 2 noyabr. TELEQRAF
Rusiya Venesuela ilə ABŞ arasında sülhün qorunmasında maraqlıdır.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Əlbəttə, biz hər şeyin dinc qalmasını və regionda yeni münaqişələrin yaranmamasını istəyirik. Dünya onsuz da münaqişələrlə doludur. Yeni münaqişələrə ehtiyac yoxdur", – Peskov bildirib.