London, 2 noyabr, AZƏRTAC
İngiltərənin Kembricşir qraflığında qatar daxilində kütləvi bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hadisə nəticəsində doqquz nəfərin həyati təhlükəli xəsarətlər aldığı bildirilir. Kembricşir Polisi iki nəfərin saxlanıldığını təsdiqləyib. Hadisə “Donkaster–London King’s Cross” istiqamətində hərəkət edən qatarda baş verib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Baş nazir Kir Starmer hadisəni dəhşətli və narahatedici insident adlandırıb. Hadisə ilə bağlı istintaq davam edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London