BAKI, 2 noyabr. TELEQRAF
İngiltərədə qatar sərnişinlərinə bıçaqla hücum nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 9-nun həyatı təhlükə altındadır.
Teleqraf xəbər verir ki, bu barədə İngiltərə polisin yaydığı bəyanatda deyilir.
Hücumla bağlı iki nəfər həbs edilib. Araşdırmaya polis kontrterror bölməsi də kömək edir, hüquq-mühafizə orqanları bildirib.