AZ

Moskvada xarici vətəndaşlar üçün patentin qiyməti artacaq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva, 2 noyabr, AZƏRTAC

Moskva şəhər Dumasının deputatları plenar iclasda xarici vətəndaşlar üçün patentlərin qiymətinin indeksləşdirilməsi ilə bağlı təklifi dəstəkləyiblər. Regional əmsalın dəyişməsi nəzərə alınmaqla patentin aylıq qiyməti 8,9 min rubldan 10 min rubla qalxacaq.

AZƏRTAC xəbər verir ki, Moskvanın İqtisadi Siyasət və İnkişaf Departamenti rəhbərinin müavini Darya Murçenko bildirib ki, regional əmsal şəhərdə orta əməkhaqqındakı dəyişiklikləri əks etdirmək məqsədilə hər il yenidən nəzərdən keçirilir.

«Bu il əmsalın 2,9323 səviyyəsində müəyyənləşdirilməsi təklif olunur ki, bu da patent üçün ödənişin artmasına gətirib çıxaracaq. Bu addım xarici vətəndaşların vergi yükünü rusların yükü ilə eyni səviyyəyə gətirməyə imkan verəcək», – deyə o qeyd edib.

Əmsalın hesablanması zamanı hakimiyyət orqanları əsasən xarici vətəndaşların daha fəal çalışdığı sahələrdəki orta əmək haqqına, həmçinin patentin qiymətinə və bu il yanvarın 1-dən tətbiq edilən dövlət rüsumuna əsaslanırlar. Onların fikrincə, bu yanaşma patentin qiymətini balanslaşdıracaq və Moskva vilayətindəki oxşar göstəricilərlə müqayisə olunan səviyyəyə gətirəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
3
azertag.az

4Mənbələr