Ermənistan ölkəyə giriş-çıxışda pasportlara vurulan viza möhürlərindən Ağrıdağın təsvirini çıxarıb. Qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Yeni möhürlər artıq təsdiqlənib və qaydalar noyabrın 1-dən qüvvəyə minib.
Ermənistan mətbuatı yazır ki, noyabrın 1-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin təsviri olmayan yeni giriş və çıxış möhürləri vurmağa başlayıblar.
Yeni möhürlərdə təyyarə təsviri, ingilis dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı, eləcə də “Armenia” sözü həm erməni, həm də ingilis dillərində əks olunub.
ZÜMRÜD