Pentaqon rəhbəri Pit Heqset Çinin müdafiə naziri Dun Tsyun ilə görüşündə iki ölkə arasında sülh, sabitlik və yaxşı ikitərəfli münasibətlərin qorunmasına sadiqliklərini ifadə edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset "X" sosial şəbəkə hesabında yazıb.
Heqset bildirib ki, ABŞ prezidenti Donald Trampla danışıqlar apararaq ABŞ-Çin münasibətlərinin hər zamankindən daha yaxşıdır:
"İki böyük dövlət üçün ən yaxşı yol sülh və sabitliyə can atmaq, yaxşı münasibətləri qorumaqdır”, – deyə o vurğulayıb.
O qeyd edib ki, hər hansı problem yaranarsa, münaqişələrdən qaçmaq və gərginliyi azaltmaq üçün hərbçilər arasında əlaqə kanalları mövcuddur və Pentaqon da sülhü güc mövqeyindən təmin etməyə çalışacaq.