AZ

ABL: "Neftçi" rəqibini asanlıqla yendi

Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, A qrupunda “Neftçi” və NTD üz-üzə gəliblər.

Bakı İdman Sarayında təşkil olunan matç “Neftçi”nin  99:71 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” isə “Quba”nı (86:78) üstələyib.

Seçilən
31
1
fanat.az

2Mənbələr