Bakı. Trend:
İngiltərədə qatarda baş verən bıçaqlı hücum nəticəsində bir neçənəfər xəsarət alıb.
Trend xəbər verirki, bu barədə Kembricşir Polisi məlumat yayıb.
Bildirilib ki, saat 19:39-da qatarda bıçaqlı insident barədəzəng daxil olub. Hadisə yerinə silahlı polis əməkdaşlarıgöndərilib, qatar Huntingdon stansiyasında saxlanılıb və iki nəfərsaxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda Hantinqdon stansiyası bağlıdır, hər iki istiqamətdəqatarların hərəkəti dayandırılıb. Hadisənin detallarıaraşdırılır.