AZ

Obama: ABŞ-da iqtisadi vəziyyət hər gün daha da pisləşir

BAKI, 2 noyabr. TELEQRAF

Amerikada iqtisadi vəziyyət hər gün daha da pisləşir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Barak Obama deyib.

"Xəbərlərdəki cəfəngiyyatlar, sərt bəyanatlar, komplo nəzəriyyələri və ABŞ prezidentinin qəribə videoları insanların diqqətini iqtisadi problemlərdən yayındırmaq üçündür. Bütün bunlar sizin vəziyyətinizin yaxşılaşmadığını gizlətmək üçündür. Mən gözlədiyimdən də pis olduğunu etiraf edirəm", - Obama vurğulayıb.

Onun sözlərinə görə, amerikalılar Trampı iqtisadi problemlərə görə seçiblər:

"Amma hazırda vəziyyət daha da ağırdır. Eyni zamanda hər gün Halloween bayramı kimi keçir. Trampın özü və ailəsi üçün vəziyyət daha yaxşıdır”.

Seçilən
90
teleqraf.com

1Mənbələr