Bakı. Trend:
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” İncəsənətFestivalı çərçivəsində Kichik QalArt Qalereyasında “Axın halı” adlısərgi açılıb.
Sərgi Bakı şəhərinin fəvvarələrindən və onların insanhəyatındakı rolundan ilhamlanaraq yaradılıb. Fəvvarələr paytaxtınyaddaşında ictimai və şəxsi hekayələrin qovuşduğu məkanlar kimitəqdim olunur – burada insanlar görüşür, istirahət edir,xatirələrini bölüşür, həyatlarının müxtəlif anlarınıyaşayırlar.
Su bu layihədə Bakının dəyişkən və canlı təbiətinin simvolu kimitəqdim olunur – o, şəhərin hərəkətini, inkişafını və kollektivyaddaşını ifadə edir.
Sərgidə yeddi rəssam – Fidan Əbilova, Elnur Musayev, GünelCəfərova, Leyla İsayeva, Nigar Səfərova, Hüseyn Cəlil və AydınBağırov – şəhər mərkəzindəki fəvvarələrdən ilhamlanaraq ictimaisənət əsərləri təqdim ediblər. Hər bir əsər həmin məkanların şəxsivə ictimai hekayələrini əks etdirir və Bakının gələcəyi üçün yenibaxış bucaqları yaradır.
Layihənin kuratorları Lesli Qrey, Sitarə İbrahimbəyli vəMəhinbanu Səfixanlıdır.
“Axın halı” sərgisi 30 noyabr tarixinə qədər ziyarətçilər üçünaçıq olacaq.
Qeyd edək ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİDuy” İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 2-dək Bakıdakeçiriləcək. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyitərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləreallaşdırılır. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılığın, dialoqun vəkəşflərin canlı məkanına çevirəcək. Xüsusi diqqət okean vədənizlərin ekoloji vəziyyətinə yönəldiləcək və bu mövzu incəsənətindili ilə təqdim olunacaq. Festivalın əsas mövzusu – həyat,yenilənmə və dayanıqlı inkişafın rəmzi olan sudur. Su dayanıqlılıq,yenilənmə və kollektiv yaddaşın simvolu kimi seçilərək Azərbaycanilə beynəlxalq bədii ictimaiyyət arasında mənalı dialoqa zəminyaradacaq.