AZ

Azərbaycanda çempionat oyunları təxirə salındı - SƏBƏB NƏDİR?

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

Sportinfo.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.

Seçilən
69
sportinfo.az

1Mənbələr