AZ

Kənan da Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatının qalibi adını qazanıb.

Fanat.Az xəbər verir ki, Kənan finalda Polşa təmsilçisi Yakub Sordili məğlub edərək qitə çempionu olub.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medalla kifayətlənib.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (hər ikisi 90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. Rəqibini üstələyən Kotsoyev bürünc mükafata yiyələnib.

Ötən gün Azərbaycan cüdoçularından İslam Rəhimov (66 kq) Avropa çempionluğunu bayram etmişdi.

Seçilən
20
fanat.az

1Mənbələr