AZ

İspaniya La Liqası: Real Madrid Valensiya nın qapısından dörd cavabsız top keçirdi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspan La Liqasının 11-ci turu çərçivəsində "Real Madrid" "Valensiya"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, oyun paytaxt klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

19-cu dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə Mbappe Arda Gülerin ötürməsindən sonra dubl edib. 44-cü dəqiqədə Cud Bellinqem hesabı daha da artırıb. 82-ci dəqiqədə müdafiəçi Alvaro Karreras "Kral klubu"nun dördüncü qolunu vurub.

Bu nəticədən sonra"Real Madrid" İspaniya çempionatında 11 matçda qazandığı 30 xalla birinci yeri tutur. "Valensiya" doqquz xalla 18-ci yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
oxu.az

1Mənbələr