AZ

İtaliyada qar uçqunu beş alman alpinistin həyatına son qoyub

Bakı. Trend:

İtaliyanın Cənubi Tirol bölgəsində baş verən güclü qar uçqununəticəsində beş alman alpinist həlak olub.

Trend xəbər verirki, dağ-xilasetmə xidmətinin məlumatına əsasən, itkin düşənlərdənüçünün – iki kişi və bir qadının cəsədi artıq tapılaraqçıxarılıb.

Fəlakət 3500 metr yüksəklikdə yerləşən Vertain zirvəsiyaxınlığında qeydə alınıb. Alpinistlər iki qrup halında hərəkətedirmiş: birinci qrupun üç üzvü tamamilə qar altında qalıb, ikinciqrupdan isə iki nəfər sağ qurtulmağı bacarıb.

Hadisə yerində helikopter, dronlar, xilasedicilər, polis vəyanğınsöndürmə xidməti əməkdaşları axtarışlara cəlb olunub.

Cənubi Tirol bölgəsi alman turistlər arasında ən populyar dağyürüşü istiqamətlərindən biri kimi tanınır.

Seçilən
82
az.trend.az

1Mənbələr