AZ

“Liverpul” “Aston Villa”nı məğlub etdi

İngiltərə Premyer Liqasının X turu çərçivəsində keçirilən “Liverpul” – “Aston Villa” qarşılaşması meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda oynanan görüşdə mersisaydlılar rəqibini 2:0 hesabı ilə məğlub ediblər. 

Qarşılaşmanın ilk qolunu “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah 45+1-ci dəqiqədə vurub. İkinci hissədə Rayan Qravenberx 58-ci dəqiqədə hesabı artıraraq komandasına inamlı qələbə qazandırıb.

Bu nəticədən sonra “Liverpul” 18 xalla turnir cədvəlində 3-cü pillədə, “Aston Villa” isə 15 xalla 11-ci yerdə qərarlaşıb.

Növbəti turda mersisaydlılar noyabrın 9-da səfərdə “Mançester Siti” ilə qarşılaşacaq, “Aston Villa” isə həmin gün “Bornmut”u qəbul edəcək.

Seçilən
65
90deqiqe.az

1Mənbələr