AZ

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib - VİDEO

İtaliya A Seriyasının 10-cu turunda “Kremoneze” “Yuventus”u qəbul edib.

İdman.Biz bildirir ki, komandalar “Stadio Giovanni Zini”də (Kremona) qarşılaşıblar. Matç qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “zebralar”ın Luçano Spallettinin kluba gəlişindən bəri ilk qələbəsidir.

Matçın ilk qolunu qonaqların yarımmüdafiəçisi Filip Kostiç ikinci dəqiqədə vurub. İkinci hissədə, 68-ci dəqiqədə müdafiəçi Andrea Kambiaso “Yuventus”un ikinci qoluna imza atıb. 83-cü dəqiqədə “Kremoneze”nin hücumçusu Ceymi Vardi hesab arasındakı fərqi azaldıb.

10 oyundan sonra “Yuventus” 18 xalla Seriya A turnir cədvəlində beşinci yerdədir. “Kremoneze” isə 14 xalla İtaliya çempionatında doqquzuncu yerdədir.

İdman.Biz

Seçilən
52
1
idman.biz

2Mənbələr