Türkiyə Super Liqasında sabah keçiriləcək “Beşiktaş” – “Fənərbağça” derbisi öncəsi İstanbulda xoşagəlməz hadisə baş verib.
90deqiqe.Az “DHA”ya istinadən xəbər verir ki, Beşiktaş Tüpraş stadionu ətrafında pankart və koreografi hazırlığı aparan azarkeşlər arasında silahlı münaqişə yaşanıb.Mübahisə nəticəsində bir nəfər odlu silahdan açılan atəşlə yaralanıb.
Hadisə axşam saatlarında qeydə alınıb. Qısa müddətə böyüyən mübahisə zamanı tərəflərdən biri silahdan istifadə edib. Yaralı azarkeşə təcili tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb.
İlkin məlumata əsasən, insidentin tərəflər arasında əvvəldən mövcud olan şəxsi ədavət zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanları stadionun içi və ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib. Silahlı hücumu törədən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.
Hadisə ilə bağlı istintaq aparılır.