AZ

Azərbaycan millisi U-23 Avropa çempionatını birinci pillədə başa vurub (FOTO)

Bakı. Trend:

Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropaçempionatı yekunlaşıb.

Trend xəbər verirki, yarışın ikinci günündə Azərbaycan millisi uğurlu çıxışla dahaüç medal qazanıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparanKənan Nəsibov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adınıqazanıb. Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) isəbürünc medal əldə edib.

Bir gün öncə İslam Rəhimov (66 kq) qızıl medal qazanaraqAzərbaycan cüdo tarixində bu çəki dərəcəsində ilk dəfə U-23 Avropaçempionu olmuşdu.

Beləliklə, Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medalolmaqla ümumilikdə 4 mükafatla həm ümumi, həm də kişi komandalarıarasında birinci yeri tutub. Yarışda yalnız kişi idmançılarlatəmsil olunmasına baxmayaraq, yığmamız 37 ölkə arasında liderliyiələ keçirib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
37
az.trend.az

1Mənbələr