AZ

İranda qaz balonları sexində yanğın baş verib

Bakı. Trend:

İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması vəsatışı ilə məşğul olan sexdə yanğın qeydə alınıb.

Trend xəbər verirki, bu barədə Şiraz Bələdiyyəsinin Yanğın və TəhlükəsizlikTəşkilatı məlumat yayıb.

Bildirilib ki, Cavadiyyə rayonunda yerləşən, ümumi sahəsi 1000kvadratmetr olan sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə11 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin operativmüdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

İlkin məlumatlara görə, yanğın zamanı 9 nəfər xəsarət alıb,onlardan 2-si xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləriaraşdırılır.

Seçilən
47
3
az.trend.az

10Mənbələr