AZ

İranda maye qaz balonlarının satışı sexində güclü yanğın olub

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın Şiraz şəhərində maye qaz balonlarının doldurulması və satışı sexi yanıb.

"Report"un İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şiraz Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Təşkilatı məlumat yayıb.

"Cavadiyyədə maye qaz balonlarının doldurulması və satışı üçün istifadə edilən 1000 kvadratmetrlik sexdə irimiqyaslı yanğın baş verib. Hadisə yerinə 11 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində yanğın tez bir zamanda söndürülüb", - məlumatda deyilir.

İlkin məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
2
cebheinfo.az

10Mənbələr