AZ

Moskvadan minlərlə miqrant deportasiya ediləcək

Rusiyanın Moskva vilayətində keçirilən "Qanunsuz miqrant" əməliyyatı nəticəsində 4 300-dən çox əcnəbinin deportasiyası qərara alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı regional Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Lenta.ru"ya açıqlayıb.

Bildirilib ki, əməliyyat-profilaktik tədbirlər zamanı ümumilikdə 15 705 inzibati hüquqpozmaya yol verildiyi müəyyən edilib. Əməliyyatın məqsədi ölkə ərazisində qanunsuz yaşayan və əmək fəaliyyəti göstərən şəxslərin aşkarlanması olub. Hazırda saxlanılan şəxslərin sənədlərinin yoxlanılması və deportasiya prosesi davam etdirilir.

Seçilən
37
far.az

1Mənbələr