AZ

Litva qaçaqmalçılarla mübarizəyə qoşulur

Bakı. Trend:

Litva Tüfəngçilər Birliyinin könüllü hərbiləşdirilmişstrukturları Belarusdan siqaret daşıyan qaçaqmalçıların istifadəetdiyi meteoroloji şarlarla mübarizədə hakimiyyət orqanlarınadəstək göstərəcək.

Trend-inməlumatına görə, bu barədə Litvanın Baş naziri İnqa Ruqinene“Facebook” səhifəsində məlumat paylaşıb.

“Qaçaqmalçılıqla mübarizə aparan mobil qruplara LitvaTüfəngçilər Birliyinin üzvləri də daxil olacaq”, – deyə baş nazirqeyd edib.

Təşkilat üzvləri hava məkanını vizual müşahidə edəcək, şarlarıneniş yerlərinə gedərək qaçaqmalçılıqla məşğul olan şəxslərimüəyyənləşdirməyə və lazım gələrsə, onların saxlanmasına yardımetməyə çalışacaqlar.

Litva Tüfəngçilər Birliyi nizami silahlı qüvvələri dəstəkləyənhərbiləşdirilmiş təşkilatdır. 1919-cu ildə yaradılıb, 1940-cı ildələğv edilib və 1989-cu ildə yenidən fəaliyyətə başlayıb. Üzvlərimülki şəxslərdən ibarətdir və ordu ilə birgə təlimlərdə iştirakedirlər. Hazırda təşkilatın 16 min üzvü var ki, bu da onuntarixində ən yüksək göstəricidir.

Seçilən
27
az.trend.az

1Mənbələr